İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini 66 yaşında vəfat edib.
Bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvarından İtaliya Dövlət Şurasının sədri vəzifəsində çalışan F.Frattini bir müddət xəstəlikdən əziyyət çəkib. O, Romadakı Cemelli klinikasında vəfat edib.
Xatırladaq ki, F.Frattini 2002-2004-cü və 2008-2011-ci illərdə Silvio Berluskoni hökumətində İtaliyanın xarici işlər naziri olub. Bundan əlavə, o, Dövlət Şurasının sədri və Lamberto Dininin kabinetində nazir vəzifələrində çalışıb (1995-1996).
2004-2008-ci illərdə Frattini Avropa komissarı və Avropa Komissiyasının sədr müavini olub.