10 C
Baku
Thursday, December 12, 2024

İtalyan şirkətinin rəhbəri Fərhad Əhmədovun böhtan atdığını iddia edir

Dünyada tanınmış italyan şirkəti “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun nümayəndəsinin bəzi KİV-də verdiyi açıqlamasına münasibət bildirib.

Şirkətin Azərbaycandakı vəkili Kamandar Nəsibov “Report”a deyib ki, Fərhad Əhmədov Azərbaycan vətəndaşı olmadığına üçün torpaq sahəsinin mülkiyyətçisi ola bilmədiyinə görə “Baku Caspian Real Estate Limited” MMC-nin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağ küçəsi, döngə 1, ev 1 ünvanda yerləşən 6 hektarlıq torpaq sahəsinin ərazisində yaşıllaşdırma-landşaft işləri görmək üçün iş adamına məxsus “Baku Caspian Real Estates Limited” MMC ilə italyan şirkətinin icraçı direktoru Massimo Alberti arasında müqavilə və bir də əlavə büdcənin razılaşması olub.

Onun sözlərinə görə, iki şirkət arasında müqavilə 2016-cı ilin dekabrın 14-də bağlanılıb: “Müqaviləyə əsasən, “Baku Caspian Real Estates Limited” MMC italyan şirkətinə 6 milyon 357 min 813 avro ödəməlidir. Müqaviləyə isə imzanı “Baku Caspian Real Estate Limited” MMC şirkətinin icraçı direktoru Nail Şahverdiyev atıb. Maraqlıdır ki, bildiyim qədəri ilə həmin şəxs də ingilis dilini bilmir və müqavilənin Azərbaycan dilində olan nüsxəsi yoxdur. Əlavə büdcənin razılaşması isə italyan şirkəti ilə Fərhad Əhmədov arasında 2017-ci ilin iyulun 20-də olub, ingilis və rus dilində tərtib edilib. Həmin razılaşmanın məbləği isə 5 milyon 370 min 364 avrodur. Cəmi ümumi məbləğ təxminən 12 milyon avroya yaxındır. Onlar həmin ilin noyabr ayından italyan şirkətini baykot etməyə başladı, yəni onları əraziyə buraxmadılar. Ayrı-ayrılıqda 6 milyon, ümumilikdə isə 12 milyon avro dəyərində pul olub. Birinci müqavilə ilə bağlı Fərhad Əhmədovun tərəfindən 3 mərhələli şəkildə 90 faiz ödəmə olub, 10 faiz isə işlər tam bitəndə ödəniləcək idi. Daha sonra Fərhad Əhmədov qeyd edib ki, guya bu şirkət işlərini yaxşı görməyib. Əgər italyan şirkəti keyfiyyətli iş görməyibsə, niyə müqavilədə olan ödənişləri Fərhad Əhmədov tərəfindən vaxtı-vaxtında edilib? Niyə həmin vaxt işin keyfiyyəti ilə bağlı iradlarını bildirmirdilər? Bu məsələ tamam bitəndən sonra Fərhad Əhmədovla italyan şirkəti arasında əlavə büdcə razılaşması oldu. Razılaşmaya əsasən, əlavə işlərin aparılması italyan şirkətinə tapşırıldı. Lakin ilk ödəmələr zamanı gecikmə olsa da, ikinci isə ümumiyyətlə ödənilmədi”.

2ad8904f 49d8 45b3 9357 2bb0eedb5314

Vəkil qeyd edib ki, F.Əhmədov ümumilikdə italyan şirkətinə 3 milyon avro ödəməlidir: “Düzdü, italyan şirkətinin görülməli olduğu işlərinin müəyyən hissəsi qalıb. Fərhad Əhmədovun adamları bir tərəfdən 2017-ci ilin noyabr-dekabr aylarında şirkətə bildiriş göndərərək qalan işləri tamamlanmasını istəsələrdə, lakin digər tərəfdən italyan şirkətinin işçilərini həmin əraziyə buraxmayıblar. Bir neçə dəfə onlar belə bildiriş göndərib “Paghera Green Service Societa Agricola S.R.L” şirkətini hədələyiblər. Guya ki, italyan şirkəti onlara 1.5 milyon dollar ziyan vurubdur. Onlar italyan şirkətinin əməkdaşlarını həmçinin həbslə hədələyiblər. Guya ki, şirkət cinayət törədib. “Baku Caspian Real Estate Limited” MMC şirkətinin icraçı direktoru Nail Şahverdiyevin rəsmi məktubunda qeyd edilib ki, şirkətin pulu qaytarılmasa onları 15 il həbs gözləyir. Həmin məktub da bizdə var. Axı bir il ərzində italyan şirkəti ərziyə buraxılmayıbsa, onlar necə iş görə bilərdilər ki? Bəlkə də bir il ərzində həmin bitkilər və ağaclar vaxtı-vaxtında lazımı qulluq olunmayıb və yaxud suvarılmayıb. sulanmayıb. Fərhad Əhmədovun nümayəndələri mətbuatda onun iqamətgahında iş icraçısı kimi çalışan adamları mətbuatda mütəxəssis kimi təqdim edirlər. Həmin şəxslər heç bir anlayışları olmadığı halda rəy verir ki, guya iqamətgahda əkilən bitki və ağaclarda problem var. İtalyan şirkəti orada iş görən zaman digər şəxslər də həmin iqamətgahda tikinti işlərində çalışırdılar. İndi həmin şəxslər bu sahədən heç bir anlayışları olmadığı halda rəy bildirirlər. Hər dəfə mətbuatda qeyd edilən fotoşəkillərdəki bir neçə palma ağaclarının guya Fərhad Əhmədovun iqamətgahında qurumuş palma ağaclar kimi təqdim edirlər. ağaclarıdır. Əslinə hələ bəlli deyil ki, onlar həmin ağaclardır ya yox. Ola bilsin ki, həmin palma ağaclarının şəkli başqa yerdə çəkilmiş fotolardır.. Fərhad Əhmədovun iqamətgahının tikintisində iş icraçısı olan Bəhlul Bayramov da mətbuatda verdiyi açıqlamada deyib ki, guya işlər tamamlanmayıb. Əgər italyan şirkəti əraziya buraxılmadığı halda, iş işlər necə başa çata bilərdi? Ümumiyyətlə Bəhlul Bayramovun italyan şirkətinin işlərinə nə aidiyyatı var? Məgər həmin şəxs bu sahədə mütəxəssisdir? Ümumiyyətlə o, müqavilə ilə tanış olub? Bu bir daha onu göstərir ki, bu məsələ ilə bağlı onlar guya italian şirkəti tərəfindən işlərin tam başa çatdırılmadığı barədə suni görünüş yaradırlar. Yəni ki, italyan şirkəti keyfiyyətsiz iş aparıb. Halbuki həmin ərazidə şirkətin keyfiyyətli işlər görməsi barədəəlimizdə sahədən çəkilmiş fotoşəkillər var və həmin fotolar keyfiyyətli işin görüldüyünün sübutudur”. K.Nəsibov söyləyib ki, 2018-ci ilin avqust ayında italyan şirkəti ilə “Baku Caspian Real Estates Limited” MMC arasında görülmüş işlərin və malların təhvil-təsliminə dair rus dilində akt imzalanıb. Həmin aktda yuxarıda bağban-mütəxəssis kimi özünü təqdim edən Bəhruz Məmmədov isə artıq texnadzor kimi göstərilib. Ümumiyyətlə sual yaranır ki, italyan şirkəti “Paghera Green Service Societa Agricola S.R.L” əraziyə buraxılmadığı halda hansı təhvil-təslimdən gedə bilərdi və əgər itakyan şirkəti işlərini tamamlamadığı halda “Baku Caspian Real Estates Limited” MMC nə məqsədlə görülən işlərin təhvil-təslim aktını tərtib edirdi? O biri sual isə əgər əsas müqavilə ingilis dilində, əlavə büdcənin razılaşması isə ingilis-rus dillərində tərtib olunduğu halda, nəyə görə bu akt və ona olunmuş ədəd əlavə yalnız rus dilində tərtib olunubdur? “Şirkət rəhbəri Massimo Alberti isə nə rus dilini, nə də kiril qrafikasını bilmir. Həmçinin italyan şirkəti tərəfindən akta imza atmış şəxslər Massimo Bençi və Sahib Xudaverdiyev rus dilini bilmirlər. “Paghera Green Service Societa Agricola S.R.L” icraçı direktoru Massimo Alberti “Report”a açıqlamasında deyib ki, F.Əhmədovun iqamətgahının tikintisində iş icraçısı olan Bəhlul Bayramov elə əvvəlcədən onlara qarşı çıxıb.

0144ea3f f0f3 4169 abd9 4a2e122bdd32

Onun sözlərinə görə, mətbuatda dərc edilən yazıda B.Bayramov nə qədər naqis biri olduğunu göstərir: “Hətta biz həmin obyektə gəldiyimiz ilk gündə o, bildirmişdi ki, apardığı tikintidə italyanların olmasını istəmir və bizi oradan uzaqlaşdırmaq üçün əlindən gələni edəcək. Lakin işlərin ilkin mərhələsində, yəni yaşıllaşdırma işləri zamanı heç bir problem yaranmırdı. Səbəb də çox sadə idi – bu işlər mütəxəssislər tərəfindən görülməlidir, onun da həmin məsələdən anlayışı yoxdur. . Elə ki, işlərin ikinci mərhələsi başladı, Bəhlul öz çirkin planını həyata keçirməyə girişdi. O, Fərhad Əhmədovun Bakıda olmamasını fürsət bilib bizə hər cür əngəl yaratmağa başladı, texnikləə də hətta bizim azərbaycandan olan işçiləri onun göstərişlərinə əməl etməyəcəkləri təqdirdə qovacağı ilə hədələyirdi. bildirirdi. Həmçinin bizim subpodratçılarla əlaqə qurub birbaşa onunla işləmələri üçün israr edirdi. Bizə dedi ki, “ən çətin işləri qurtarmısız, indi də döşəmələri qoyub elektrik sistemini çəkmək qalır ki,, bunları özüm də edə bilərəm”.

M.Alberti deyib ki, onlara haqqı ödənməli olan mallar gəlib, çıxan kimi B.Bayramov tikinti ərazisini onların üzlərinə bağlayıb: “Onun iddialarına gəlincə, bildirim ki, orada qazon yoxdur. Çünki Bəhlul interyer işləri çətinləşməsin deyə müxtəlif bəhanələrlə bizə qazon döşəməyə imkan vermirdi.Nəticədə hazır qazon xeyli müddət ərzində Bakıdakı ambarda qaldı. Bəhlul bəyin binanın daxilindəki işləri qurtarmaması səbəbindən qış bağlarındakı işlər də aylarla yubandı. Bitkilərə dair Bəhlulun iddiaları isə tam gülüncdür. Belə ki, bitkilər müqavilədə göstərilən miqdardan hətta 3.600 ədəd artıq göndərilibdir, , yalnız sarmaşıq bitki olan pationun əsas rəngləri göy və ağ olduğu üçün uyğun rəngli olanlarla əvəzləmək lazım gəldi.

544d99eb 8453 4a56 8dfe 22483bda1043

Aşağıda rəqəmləri təqdim edirəm:

Kollar

Təsvir  MÜQAVİLƏYƏ GÖRƏ BİTKİLƏR DƏYİŞDDİRİLƏN QURUMUŞ BİTKİLƏR OBYEKTDƏKİ BİTKİLƏR
Tədarükü, nəqli, əkilməsi Кол.во Кол.во Кол.во
Hündür ağaclar 1.433 24 1.514
Xüsusi bitkilər 131 237
Meyvə ağacları 72 72
Ağacaltı üçün kollar 4.935 699 5.048
Ağacaltı üçün xırda kollar 29.358 10.943 32.167
Kollar 5.148 100 5.991
Kiçik kollar 13.600 2.556 33.876
Qumlu təpə 10.620 10.892
Səhra landşaftı 24.870 7.213 24.875
Sarmaşıq bitkilər 660 1.290
Su bitkiləri 100 100
Göy Patio bitkiləri 60 60
Ağ Patio bitkiləri 340 340
CƏMİ BİTKİLƏR 91.327 21.535 116.462
ƏLAVƏ GƏTİRİLƏN BİTKİLƏR  3.600

“Bizim texniklər, elektriklər, santexniklər, quraşdırıçılar, Azərbaycanda yaxşı tanınan, Bakıya birinci gəlmiş aparıcı İtaliya şirkətlərinin rəhbərləri – hamı Bəhlulun bu davranışlarından təəccüblənərək hər şeyi yubatmağının nə mənası, hansı məqsədi olduğuna dair sual verirdilər. Hazırda bütün lazımi materiallar tikinti ərazisində olduğu halda Bəhlul bizi işləri başa çatdırmağa qoymur! Axı bir nəfərin şıltaqlıqları üçün işi dayandırmaq absuddur. Alberto Gaciani, Klaudio Dzaqato, Roberto Kazadey Rossi, Roçio Qrasiano da binadaxilindəki işləri başa çatdırması üçün dəfələrlə etdiyimiz müraciətə görə Bəhlul tərəfindən eşitdiyimiz “yox, eləməyin, gözləyin” sözlərinin şahididirlər. O, B.Bayramovun kabellərlə bağlı dediklərini də cəfəngiyyat adlandırıb: ““Necə bilirsiz, 607.394 avroya naqil ola bilərmi?” Bəhlul bəyə xatırlatmaq istəyirik ki, 607.394 avro bütün elektrik sistemin qiymətidir. Bura bütün beynəlxalq standart və sertifikatlara uyğun gələn, hətta Avropa malından üstün keyfiyyətdə olduğuna görə 20 faiz baha olan Bakıda sifariş olunan naqillər: – 2200 metr işıq diodlu xəttlərin birləşdirmə və qoşulmaları, 5000 Iguzzini lampası, işıqlandırma və suvarma sistemləri üçün elektrik lövhələri, icra layihəsi, işçi qüvvəsi, balüstrada, suvarma sistemi, nasolarvə fitrlərin quraşdırılması daxildir. Təbii ki, bizi əraziyə buraxmazlarsa, bütün bu işləri vaxtında başa çatdıra bilmərik. Həqiqət budur ki, Bəhlul və onun göstərişi əsasında çalışan şəxslər bizi tikintidə görmək istəmir. Tədarük edilən bütün malları alandan sonra yalanları ilə Fərhad Əhmədovu bizim pulumuzu verməməsi üçün inandıra biliblər. İndi də işləri öz maliyyə mənafeyi məcrasında başa vurmaq istəyirlər. Bir məsələni də nəzərinizə çatdırmalıyam ki,. mayın 7-də “Baku Caspian”dan e-mailə imzalamaq üçün sənədlər daxil olub. Köməkçim tərəfindən tərcümə edildikdən sonra mən onları oxudum və imzalamadım, çünki hamısı yalan idi. . Siz necə bilirsiniz, Bakıda imzalanmış sənədlərin məzmunu ilə tanış olsaydım, əvvəlkindən daha alçaldıcı göstəricilərlə yazılmış akta imza atardım? Bunlar Bəhlulun düzgün mövqe tutmadığına dəlalətdir. Lazım gəlsə, məhkəmə qarşısında bu adamın haqsız olduğunu və əsl niyyətinin yalnız bizdən pul qoparmaq dəlil-sübutlarla ortaya qoyacağıq. Biz Azərbayca yalnız keyfiyyətli iş görərək işgüzar nüfuzumuzu artıqmaq məqsədi ilə gəlmişik və ünvanımıza atılan böhtanlara baxmayaraq davam işlərimizi dahada inkişaf etdirəcəyik”, – deyə, M.Alberti bildirib.

d30182b9 25e0 4df0 980e 66cf0c85ae55

Qeyd edək ki, “Paghere Green Service Societa Agricola S.R.” şirkəti London məhkəməsinə müraciət edərək, azərbaycanlı iş adamı F.Əhmədovdan maddi və mənəvi zərərə görə üç milyon avroluq iddia qaldırıb.

F.Əhmədov Rusiyada yaşayır. O, “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər