6 C
Baku
Saturday, December 14, 2024

İTV sığortaçı seçir

İctimai Televiziya və Radio Yayımları Şirkəti Nəqliyyat vasitələri üçün “Kasko” sığortasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.eten­der.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən he­saba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 50 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

Bankın adı – “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod – 200112

VÖEN – 9900003611

M/h – AZ­37NABZ01350100000000001944

S.W.İ.F.Т. – АIIBАZ2X

Təşkilatın adı – İctimai Televiziya və Radio Yayımları Şirkəti

H/h – AZ11AIIB33010019441102259111

VÖEN – 2000435761

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 (bir) fa­izi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir).

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri( hüquqi sənədlər notarial təsdiqlə);

– iddiaçının ixtisasına aid məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurul­muş forma 3-ə əlavə olunmalıdır);

– işlərin keyfiyyətinə aid zəmanət (forma 4).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınal­maları haqqında” Azərbaycan Respubli­kasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 noyabr 2021-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 12 noyabr 2021-ci il 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 13 noyabr 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Son xəbərlər
Digər xəbərlər