Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də “Microsoft Azərbaycan” arasında Anlaşma Memorandumları imzalandı. Bu əməkdaşlıqlar ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafı və yüksək texnologiyalara əsaslanan ekosisteminin formalaşdırılması üçün yeni imkanlar açır.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi twitter səhifəsində yazıb.