2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
Banker.az xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında bildirilir.
2020-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (73,3 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (44,3 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 43,7 milyon ABŞ dolları) üçüncü olub.
2020-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 29,4 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (16,4 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 7,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.