2025-ci il 1 yanvar tarixinə ixrac olunmuş malların müqabilində 180 gün ərzində ölkəyə qaytarılmayan xarici valyuta vəsaitlərinin məbləği 2 milyard 407 milyon ABŞ dolları təşkil edib.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, bu vəsaitlərin təxminən 88%-i və ya 2 milyard 138 mln. ABŞ dolları kənd təsərrüfatı məhsullarının, bu vəsaitlərin təxminən 91%-i və ya 1 milyard 958 milyon ABŞ dolları Rusiyaya ixrac olunan malların payına düşüb.