18 C
Baku
Saturday, April 27, 2024

“İxrac məqsədilə daxildə emaldan istifadə edən şirkətlərin sayı 77% artıb”

2023-cü ildə ixrac məqsədilə daxildə emal prosedurundan istifadə edən şirkətlərin sayı 2022-ci illə müqayisədə 77% çox olub.

Bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Sənayenin inkişafına və ixrac fəaliyyətinin genişləndirilməsinə töhfə verən daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi müsbət nəticələr verir. Bu sahədə müvafiq qaydaların təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib”, – deyə o qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər