12 C
Baku
Monday, November 25, 2024

İxrac və idxal olunan mallar üzrə gömrük rüsumlarına dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Banker.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427;
2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; 2020, № 1, maddə 84, № 2, maddələr 185, 195, 219, № 3, maddələr 345, 375, № 4, maddə 488, № 8, maddə 1130, № 10, maddə 1267; 2021, № 1, maddə 94, № 2,
maddə 201, № 3, maddə 271, № 4, maddələr 392, 422, № 9, maddə 1053, № 10, maddə 1172, № 12, maddələr 1516, 1519, 1536, 1541; 2022, № 1, maddə 83, № 3, maddələr 266, 280, № 4, maddə 396, № 5, maddə 545, № 6, maddələr 669, 681, № 8, maddə 1011, № 9, maddə 1105; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 noyabr tarixli 408 nömrəli, 10 noyabr tarixli 411 nömrəli, 22 noyabr tarixli 418 nömrəli və 30 dekabr tarixli 458 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə “0703 10 190 0” və “0703 10 900 0” alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “31.12.2023- cü il tarixinədək 1 kq – 0,6 ABŞ dolları” sözləri “01.05.2023-cü il tarixinədək 0%” sözləri ilə əvəz edilsin.

Son xəbərlər
Digər xəbərlər