17 C
Baku
Tuesday, May 21, 2024

İxracda pambıq 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü yeri tutub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, 2024-cü ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.  2024-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsulları üzrə ixrac 195,3 milyon ABŞ dollarına bərabər olub.

Banker.az xəbər verir ki, 2024-cü ilin üç ayı ərzində pambıq ixracı 47%, meyvə-tərəvəz ixracı 15,3%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 7,2%, üzvi kimyəvi birləşmələrin ixracı isə 2.1% artıb.

2024-cü ilin ilk rübü ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 17,8% artaraq 210,7 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 7,8% artaraq 58,8 milyon ABŞ dolları olub.

2024-cü ilin yanvar-mart ayları ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (56,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (45 milyon ABŞ dolları) ikinci, elektrik enerjisi (40,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2024-cü ilin yanvar-mart ayları ərzində Rusiya Federasiyasına 225,5 milyon ABŞ dolları, Türkiyəyə 150,3 milyon ABŞ dolları, Gürcüstana 59,9 milyon ABŞ dolları, Ukraynaya 24,2 milyon ABŞ dolları, Qırğızıstana isə 20,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Cari ilin mart ayının qeyri-neft ixracı 218,7 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 11,5% artımla 58,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 160,5 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (53 milyon ABŞ dolları) ikinci və Gürcüstan (16,9 milyon ABŞ dolları) üçüncü  olub.

2024-cü ilin mart ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,9 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (15 milyon ABŞ dolları) ikinci və ilkin formalı polipropilen (12 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər