16 C
Baku
Monday, May 20, 2024

İxracda pambıq mahlıcı 1-ci, karbamid 2-ci, fındıq 3-cü olub

“İxrac icmalı”nın aprel sayına əsasən, 2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 225,6 mln. ABŞ dolları və ya 45% artıb.

2022-ci ilin yanvar-mart ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% artaraq 124,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7%, pambıq iplik ixracı 29,3%, pambıq lifi ixracı isə 5,6% artıb.

2022-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (72,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (53,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (39,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-mart ayları ərzində Türkiyəyə 255,2 milyon ABŞ dolları, Rusiya Federasiyasına 149,4 milyon ABŞ dolları, Gürcüstana 47,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 33,3 milyon ABŞ dolları və ABŞ-a isə 28,9  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin mart ayı üzrə ixrac 2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,9% təşkil etməklə 265,5 mln ABŞ dolları olub. 2022-ci ilin mart ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6% artaraq 48,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 70,1% artaraq 216,7 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (101,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (30,4 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (19,3 milyon ABŞ dolları) olub.

2022-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (23,9 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (21,1 milyon ABŞ dolları) ikinci və polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (18,6 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər