13 C
Baku
Saturday, May 18, 2024

İxracda pambıq mahlıcı 1-ci, pomidor 2-ci, karbamid 3-cü yerdə qərarlaşıb

2022-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8%, pambıq iplik ixracı 23,7%, pambıq lifi ixracı isə 14,5% artıb.

2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (123,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (91 milyon ABŞ dolları) ikinci, karbamid (84,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə 390,2 milyon ABŞ dolları, Rusiyaya 263,4 milyon ABŞ dolları, Gürcüstana 74,7 milyon ABŞ dolları, İsveçrəyə 66,4 milyon ABŞ dolları və ABŞ-a isə 44,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin may ayı üzrə ixrac 3,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7% olmaqla 222,4 milyon ABŞ dolları qeydə alınıb. 2022-ci ilin may ayında yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 24,7% artaraq 156 milyon ABŞ dolları olub.

2022-ci ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (56,5 milyon ABŞ dolları) ikinci və Hindistan (17 milyon ABŞ dolları) üçüncü olub.

2022-ci ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (32,8 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (21,2 milyon ABŞ dolları) ikinci və karbamid (15,9 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər