10 C
Baku
Thursday, December 12, 2024

İyulda Bakıda ənənəvi Beynəlxalq Sığorta Forumu keçiriləcək

İyulun 2-3 tarixlərində Bakıda 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, forumun ilk günündə sığortanın inkişaf perspektivləri, yeni sığorta məhsullarının yaradılması, əmlak, təkrar sığorta ilə bağlı məsələlər müzakirə ediləcək.

Forumun ikinci günündə əsas müzakirələr avtomobil, kənd təsərrüfatı, bank və həyat sığortası ilə bağlı olacaq.

Qeyd edək ki, forumda yerli və xarici sığorta şirkəti, beynəlxalq maliyyə institutları və dövlət qurumlarını təmsil edən 250-dən çox qonağın iştirakı gözlənilir.

APA

Son xəbərlər
Digər xəbərlər