İyunda bu göstərici 121 faizə bərabər olub
OPEC+ sazişinin iştirakçıları iyul ayında onu 109 faiz yerinə yetirərək qarşıya qoyulan 100 faizlik hədəfə yaxınlaşıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Agentliyin məlumatına görə, bu göstərici bazar ertəsi OPEC+ yanında nazirlərin monitorinq komitəsinin telekonfrans rejimində keçirilən iclasında səsləndirilib.
İyunda sazişin icrası üzrə göstərici 121 faiz təşkil edib.