24 C
Baku
Sunday, July 14, 2024

İyunda 14 gün iş olmayacaq

İyun ayının qeyri-iş günləri açıqlanıb.

Banker.az xəbər verir ki, Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin “2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləiliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyri-iş günü olur. Belə ki, həftəsonları da daxil olmaqla, iyunda 14 gün qeyri-iş günü olacaq.
Son xəbərlər
Digər xəbərlər