14 C
Baku
Tuesday, April 16, 2024

İyunda Azərbaycanın gündəlik neft hasilatının həcmi açıqlanıb

2022-ci ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632.4 min barrel olub. Bunun 523.5 min barrelini xam neft, 108.9 min barrelini isə kondensat təşkil edib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilmiş razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barrel artırılaraq 696 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barrel həcmində olması nəzərdə tutulurdu.

Son xəbərlər
Digər xəbərlər