8 C
Baku
Thursday, December 12, 2024

İyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək

Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək.

Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verilir ki, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq.

Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.

Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq. Ölkədə karantin rejimi tətbiq edildikdən bəri isə yalnız xüsusi çarter reyslərinə icazə verilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər