10 C
Baku
Thursday, December 12, 2024

İzah edilməsi çətin olan gerçək hekayələr

Təsadüflərə inanırsınızmı? Yaxud bütün baş verənlə müəyyən səbəblər çərçivəsində baş verir və məntiqi izahı vardır? Aşağıda izah edilməsi çətin, lakin bir o qədər də gerçək hadisələri diqqətinizə çatdırırıq.

İkiqat ölüm hadisəsi

Bu hadisə 2002-ci ildə Finlandiyada baş verib. Velosiped sürən bir şəxs şossesini keçmək istəyərkən onu avtomobilin vurması nəticəsində dünyasını dəyişir. İki saat sonra onun əkiz qardaşı da velosipedlə yolu keçməyə çalışarkən qardaşı kimi eyni şəkildə avtomobil tərəfindən vurulur. İki ölüm arasında cəmi 2 saat fərq olur.

Səbrli güllə…

Gənc bir qız bədbəxt sevgi tarixçəsindən sonra həyatına qəsd edir. Onun qardaşı intihara səbəbkar olan şəxsi, yəni Henri Ziqlendi öldürəcəyinə and içir. O ona atəş açsa da, güllə ağaca dəyir. Bir neçə il sonra gənc qızın qardaşı həmin ərazini təmizləmək qərarına gəlir və ağacı dinamit partladaraq yox etmək istəyir. Nəticədə atəş nəticəsində güllə Ziqlendə dəyir və onu qətlə yetirir. Düzdür, bunun üçün bir neçə il gözləmək lazım gəlir.

Musiqili qonşular

Jimi Hendrix və George Handel aralarında 200 il fərq olmaqla qonşu olmuşlar. Onlar Londonda 23 və 25 Brook-Street-də yaşamışlar.

Guevaranın inşa etdirdiyi su anbarının ilk və son qurbanı

Su anbarı inşa edilərkən həlak olan işçi C.Q. Tirni idi. Bu 20 dekabr 1922-ci ildə baş vermişdi. Tikinti zamanı dünyasını dəyişən son şəxs isə onun oğlu C.Q.Tirni idi. Hadisə 20 dekabr 1935-ci ildə baş vermişdi.

Təhlükəli taksi

1975-ci ildə Bermud adalarında bir taksi piyadanı vuraraq öldürür. Bu zaman taksidə olan sərnişin qətl hadisəsinə şahidlik etmək üçün məhkəməyə tələsirdi. Bu hadisədən 1 il keçdikdən sonra həmin taksi, lakin bu dəfə sərnişinsiz yenə 1 şəxsi vurur. Bu dəfə isə həmin şəxs 1 il əvvəl qətlə yetirdiyi şəxsin qardaşı idi!

Uşaqları pəncərədən uzaq tutun!

1930-cu ildə adi bir sakin olan Cozef Fiqlok küçədən keçərkən üzərinə pəncərədən yıxılan uşaq düşür. Növbəti il, elə həmin gündə, elə həmin uşaq pəncərədən yenidən həmin şəxsin üzərinə düşür. Xoşbəxtlikdən nə uşaq, nə də Fiqlok xəsarət almır.

Son xəbərlər
Digər xəbərlər