15 C
Baku
Saturday, April 27, 2024

“J.P. Morgan” Avropadakı işçi heyətini 2 dəfə artırıb

Böyük Britaniyanın Avropa İttifaqından (Brexit) ayrılmasından sonra yaranan yeni dövrlə birlikdə nəhəng investisiya bankları da bir-bir yeni strategiyalarını nümayiş etdirirlər. “Goldman Sachs”dan sonra ABŞ-da aktivlərə görə ən böyük investisiya bankı olan “J.P. Morgan” da Avropa bölmələrindəki işçilərin sayını iki dəfə artırıb. İşçilərini Fransa və Almaniyadakı baş ofislərinə köçürən nəhəng investisiya bankının Avropa bölməsində 1 300-ə yaxın işçi çalışır.

Banker.az Financial News-a istinadən xəbər verir ki, 2021-ci ilin sonuna olan göstəricilərə əsasən, “J.P. Morgan”ın Avropa bölmələrində 1 287 işçi çalışır. Bir il əvvəl isə bu rəqəm cəmi 626 idi.

“J.P. Morgan”ın Avropa ofislərində ən böyük artım Paris bölməsində müşahidə olunub. ABŞ bankı 2021-ci ildə Parisdəki işçilərin sayını 78-dən 379-a çatdırıb. Keçən iyul ayında “J.P. Morgan” Fransa paytaxtını yeni ticarət mərkəzi elan etdi. Bank cari ilin sonunadək bölgədəki kadrların sayını 800 nəfərə çatdırmağı planlaşdırır.

Bankın Londonda yerləşən Avropadakı törəmə şirkətinin də işçi sayı iki dəfədən çox artaraq 139-a çatıb. Bankın kadr xərcləri əvvəlki illə müqayisədə 154% artaraq 368.5 mln.  avroya çatıb.

“J.P. Morgan”ın hesabatında bankın iş həcminin 2020-ci ilə nisbətən 5%-dən 13%-ə yüksəldiyi görülür. Bununla belə, bankın ötən il regiondan əldə etdiyi mənfəət əvvəlki illə müqayisədə 139.9 mln. avrodan 774 mln. avroya yüksəlib.

Banklar Brexit planlarını həyata keçirmək üçün milyonlarla dollar xərcləyiblər. Lakin onlar qitədəki mövcudluğunu daha da gücləndirmək üçün tənzimləyicilərin təzyiqi ilə də üzləşirlər. Avropa Mərkəzi Bankının (ECB) bu mövzu ilə bağlı təhlili göstərdi ki, Londondan Kontinental Avropaya köçən bankların bir çoxu hələ də Böyük Britaniya əməliyyatlarından çox asılıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər