17 C
Baku
Wednesday, May 1, 2024

Jalə Kazımlı armatur istehsalçısının səhmdarı oldu

“AzeSteelCompany” ASC-nin səhmlərinin 69.3%-nə nəzarət edən Cəmaləddin İsmayılov payının 0,6%-lik hissəsini satıb.

Banker.az-ın əldə etdiyi sənəddə bildirilir ki, C.İsmalıovun payını yeni səhmdar – Jalə Kazımlı alıb.

Son nəticədə C.İsmayılovun payı 68.7%-ə düşüb. Səhmlərin qalan hissəsi isə əvvəlki qaydada Kənan Ağayevə (20.7%) və Ömər Hüseynova (10%) məxsusdur.

Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə “Ekspress-C” adı ilə yaradılıb, bu il rebrendinq edib. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur. Onun nizamnamə kapitalı 8.35 milyon manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər