7 C
Baku
Thursday, December 12, 2024

Jestlərin dili: əllər

Psixologiyada əllərin hərəkətinə böyük önəm verilir. Bu isə onunla əlaqədardır ki, insan öz əllərinin hərəkəti ilə dilə gətirə bilmədiyi hisslərini və emosiyalarını çatdırır. 

-Ovucun içinin yuxarı tərəfə olması – izahat vermək, əminlik simvoludur.
-Əllərin bədən boyu aşağı salınması – passivlik, iradəsizlik əlamətidir.
-Əlləri belin arxasında tutmaq – fəaliyyətə mənfi münasibət, cəsarətsizlik, utancaqlıq və şübhəni bildirir.

-Cibdə gizlədilmiş əllər  – özünə olan əminsizliyi gizlətməyin nişanəsidir.
-Yumruq halında yumulmuş əllər – diqqətin toplanması, özünə əminliyi sübut edir.
– Psixologiyada əlləri bir-birinə sürtmək insanda müsbət emosiyaların və məmnunluq hissinin yarandığını göstərir.

Son xəbərlər
Digər xəbərlər