8 C
Baku
Thursday, December 12, 2024

Əlaqə Mərkəzi şöbəsinin kiçik mütəxəssisi – PASHA Life

0
Əlaqə Mərkəzi şöbəsinin kiçik mütəxəssisi – PASHA Life
20.09.2019

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Əlaqə mərkəzi
Vəzifə : Əlaqə Mərkəzi şöbəsinin kiçik mütəxəssisi
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 30 sentyabr 2019-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Əlaqə Mərkəzinə və şirkətə daxil olan şikayətlərin qeydiyyata alınması, həll edilməsi və müştərilərə geribildirim təqdim olunması;
2. Müvafiq şöbələrlə şikayətlərin həll olunması istiqamətində əməkdaşlıq etmək və son icra tarixinin izlənilməsi
3. Şikayətlərlə bağlı hesabatların analizi və şikayətlərin azalması ilə bağlı tədbirlər planının hazırlanması
4. Onlayn çat vasitəsilə daxil olan müraciətlərin çat standartlarına uyğun yazılı cavablandırmaq;
5. Şəxsi kabinetdən daxil olan sorğuların cavablandırılması;
6. Rəsmi veb səhifədən daxil olan müraciətlərin cavablandırılması

Namizədə olan tələblər:

İş təcrübəsi : Problemli müştərilərlə iş və şikayətlərin həll olunmasında təcrübənin olması arzuolunandır;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur

Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək səviyyədə bilməlidir;

Kompüter bilikləri : MS Office;
Üstünlüklər : İngilis dilini bilənlərə və sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Fərdi keyfiyyət tələbləri : komanda işi və əməkdaşlıq, keyfiyyet yönümlülük, bütövlük (dürüstlük), təsirgösrtə

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (+994 12) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Korporativ sığorta şöbəsinin müştəri meneceri vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta