Ümumi vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
- Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
- İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İR strategiyası və planının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
- İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
- Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- Elektron Hökümət Portalları ilə işləmə bacarığı;
- MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Analitik təhliletmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 may 2023-cü il tarixinədək email-in mövzu hissəsində Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. [email protected]
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.