AFB Bank şöbələr üzrə üzrə Əməliyyatçı vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Əməliyyatçı
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Lökbatan qəsəbəsi /Binə qəsəbəsi
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.
İŞİN TƏSVİRİ:
• Bankın hüquqi və fiziki şəxs müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, əməliyyatlar aparmaq və bağlamaq;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Müştəri hesabları üzrə bütün əməliyyatları və sərəncamları icra etmək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |