5 C
Baku
Saturday, December 14, 2024

IT Risk Mütəxəssisi – PASHA Bank

0
13.06.2019

IT Risk Mütəxəssisi

Vəzifənin məqsədi

İT proseslərində olan risklərin risklərinin aşkarlanması, qiymətləndirilməsi, ölçülməsi və qarşısının alınmasına cavabdehlik. İT risk mütəxəssinin rolu – risklərini müəyyənləşdirmək, təhlil etmək və təsirini azaltmaq, bölüşmək və qəbul etmək prosesini müəyyənləşdirmək, idarə etmək və icra etməkdən, həmçinin İT xidmətlərinin təmin edilməsi ilə əlaqədar biznes risklərinə xüsusi diqqət yetirməkdən ibarətdir.

Vəzifə öhdəlikləri

• Bütün səviyyələrdə İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi
• Bank üzrə İT risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi
• İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət
• Biznes dəyişikliyin idarə olunması prosesində iştirak
• Əməliyyat risklərinin qarşısının alınması məqsədilə İT proseslərinin dəyişilməsi təşəbbüsünün verilməsi
• Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/ İT risk mədəniyyətinin inkişaf etdirilməsi
• Bankda İT dələduzluq hərəkətlərinin aşkarlanması 
• Dövri hesabatlığın hazırlanması

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Kompüter elmləri, maliyyə, iqtisadiyyat, və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi 
• Lisenziya/ Sertifikat: İT və İT təhlükəsizliyi üzrə sertifikatlara üstünlük verilir.
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “İT Risk Mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT