15 C
Baku
Friday, November 15, 2024

Əməliyyatçı – AFB Bank

0
Əməliyyatçı – AFB Bank
Bakı
18.02.2021

AFB Bank Əməliyyatçı (korporativ əməliyyatlar üzrə mütəxəssis) vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Əməliyyatçı
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
• Sahəyə aid olan qayda və normativləri bilməsi;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı;
• Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı,ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Korporativ müştərilərə Bankın bütün məhsul və xidmətləri haqqında dolğun məlumat və məsləhətlər vermək;
• Müxtəlif xidmət sahələri üzrə müştərilərin müraciətlərini qəbul etmək;
• Qəbul olunmuş sənədlərin icrasını təmin etmək (bank sistemindən keçirmək);
• Bank sistemində hesabların müvafiq qaydada açılmasını təmin etmək;
• Depozit, bank əmək haqqı kartları, qiymətli metalları, bank seyfi üzrə əməliyyatlar üçün müştəri müraciətlərini qəbul etmək;
• Müştərilər üçün müvafiq qaydada ödəniş tapşırıqlarını tərtib etmək, müvafiq müraciət formlarının doldurulmasında köməklik göstərmək;
• Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Əməliyyatçı