-1 C
Baku
Sunday, December 15, 2024

Aparıcı (Baş) mühasib – İntex Audit

0
Aparıcı (Baş) mühasib – İntex Audit
Bakı
18.02.2021

Firma adı – “İNTEX Audit” MMC

Vakansiya – Aparıcı (Baş) mühasib ( tikinti şirkəti üçün )

Tələblər:

– Azı 5 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
– Vergi qanunvericiliyini mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
– Mühasibat uçotunu mükəmməl bilməlidir;
– İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
– Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
– 1C 7.7-8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
– Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
– İdarəetmə bacarığı olmalıdır;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
– Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
– Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir.

Vəzifələr:

– Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
– Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
– Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
– Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
– İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
– Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
– Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
– Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
– Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
– Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
– Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
– Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

– Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– 5 günlük iş rejimi (I – V günlər, 09:00 – 18:00);
– İş yeri tikinti şirkətinin ofisi ;
– Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir).

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını [email protected] email ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaAudit/ Konsaltinq Şirkətləri, Mühasib