1 C
Baku
Saturday, December 14, 2024

Əməliyyatçı kassir (gecə növbəsi) – Bank Respublika ASC

0
Əməliyyatçı kassir (gecə növbəsi) – Bank Respublika ASC
18.09.2019

Bank Respublika ASC “Əməliyyatçı kassir (gecə növbəsi)” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müştərilərə bankın məhsul və xidmətləri haqda ətraflı və dolğun məlumat və məsləhətlər vermək;
• Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Aparılan əməliyyatlar üzrə müxabirləşmələri həyata keçirmək;
• Müştərilərin sorğuları üzrə müxtəlif məzmunda (məs, hesabda olan qalıq, hesabın mövcudluğu, dövriyyə və s.) arayışları hazırlamaq;
• Bank tariflərinə uyğun olaraq müştərilərdən komisyon haqlarını tutmaq;
• Nəğd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə ən azı 1 il;
• Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatçı kassir (gecə növbəsi)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı