10 C
Baku
Friday, December 13, 2024

Əməliyyatlara daxili nəzarət şöbəsinə baş mütəxəssis – Azərbaycan Beynəlxalq Bankı

0
Əməliyyatlara daxili nəzarət şöbəsinə baş mütəxəssis – Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı Daxili nəzarət departamenti Əməliyyatlara daxili nəzarət şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 Vəzifə öhdəlikləri:

  • Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Bankın baş ofis və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
  • Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmalar aparmaq;
  • Fraud halları üzrə araşdırmaların aparılması

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil (Hüquqi və ya iqtisadi);
  • Minimum 2 il bank-maliyyə sektorunda iş təcrübəsi;
  • Ofis proqramlarında, xüsusi ilə yüksək excel bilikləri;
  • Telescope, Bİ, FlexCube və BPM proqramları üzrə biliklər;

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  14 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatlara daxili nəzarət şöbəsinə baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əlavə məlumat üçün: www.ibar.az

İşin aid olduğu sahə

KateqoriyaDaxili Nəzarət