8 C
Baku
Friday, March 29, 2024

Əməyin mühafizəsi üzrə mühəndis – Unibank

0
Əməyin mühafizəsi üzrə mühəndis – Unibank
Bakı
27.07.2021

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik.

Əməyin mühafizəsi üzrə mühəndis

Öhdəliklər:

• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
• Xəsarət alma halları, bədbəxt hadisələr zamanı səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
• İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
• Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;

Namizədə tələblər:

• Ali təhsil;
• İSO 45001-2018 və ISO 14001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı biliklər;
• Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi;
• Planlama, analiz və idarəetmə bacarığı;
• MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;

Göstərilən tələblərə cavab verən namizədlər email-ın mövzu hissəsində HSE göstərməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi