Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Akkreditasiya və lisenziya şöbəsinin aparıcı məsləhətçisi” vakansiyası elan edir.
Ümumi
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq, təhsil müəssisələrinin akkreditasiyası prosesini təşkil etmək, təhsil fəaliyyətinin lisenziyalaşdırılması barədə rəy hazırlamaq, akkreditasiya prosesi zamanı təhsil müəssisəsinə təqdim olunmuş tövsiyələrin icrası ilə bağlı plan almaq və planın icrası barədə öhdəlik əks etdirən sənədin imzalanmasını təmin etmək, təhsil müəssisəsinin akkreditasiya nəticələri və məlumatları ilə bağlı aidiyyəti struktur bölmələri məlumatlandırmaq və qarşılıqlı əlaqələr qurmaq, habelə digər tədbirlər həyata keçirmək nəzərdə tutulmuşdur.
Vəzifə
Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölmənin əsasnaməsinə uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının təşkilində və işlərin əlaqələndirilməsi prosesində iştirak olacaqdır.
Məsuliyyət
1. Təhsil müəssisələrinin akkreditasiyası və Şöbənin digər fəaliyyət istiqamətləri ilə bağlı daxili normativ bazanı hazırlamaq, zəruri hallarda onların yenilənməsi və dəyişilməsi barədə təkliflər vermək;
2. Təhsil müəssisələrinin akkreditasiyası barədə qiymətləndirmə meyarlarını hazırlamaq və onları indikatorlar üzrə təsnifatlaşdırmaq;
3. Təhsil müəssisələrinin akkreditasiyası barədə illik fəaliyyət planlarını hazırlamaq, onları akkreditasiya prosesi və Akkreditasiya Komissiyasının tərkibi ilə bağlı məlumatlandırmaq;
4. Təhsil müəssisəsinin təqdim etdiyi hesabatların, sənədlərin və materialların uyğunluğunu yoxlamaq və gərəkli olduğu təqdirdə düzəlişlər tələb etmək;
5. Təhsil müəssisəsinin fəaliyyəti barədə akkreditasiya hesabatının tərtib olunması məqsədilə Akkreditasiya Komissiyası ilə işləri əlaqələndirmək;
6. Akkreditasiya prosesi ilə bağlı sahə səfərlərinə/yerində baxışa gedilməsi üçün təhsil müəssisəsi ilə görüş cədvəllərini tərtib etmək;
7. Təhsil müəssisəsinin akkreditasiyanın yekun nəticələri ilə bağlı ictimaiyyətin məlumatlandırılması barədə tədbirlər görmək və müvafiq struktur bölmələri ilə işləri əlaqələndirmək;
8. Akkreditasiya prosesi zamanı təhsil müəssisəsinə təqdim olunmuş tövsiyələrin icrası ilə bağlı plan almaq və planın icrası barədə öhdəlik əks etdirən sənədin imzalanmasını təmin etmək;
9. Beynəlxalq və regional akkreditasiya institutları ilə əməkdaşlıqların qurulması üzrə təkliflər vermək və qabaqcıl təcrübələrin yerli təhsil müəssisələrinə tətbiqi imkanlarını araşdırmaq;
10. Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı tövsiyələrin hazırlanmasında iştirak etmək;
11. Təhsil fəaliyyətinin lisenziyalaşdırılması barədə rəy hazırlamaq.
Tələblər
• Ali təhsil (fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olması arzuolunandır);
• Təhsil sahəsində ən azı 3 (üç) il iş təcrübəsi;
• Keyfiyyət təminatı və təhsilin idarəedilməsi sahəsində təcrübə arzuolunandır;
• Azərbaycan və ingilis dili biliyi;
• Microsoft Office proqramları və internet resurslarından istifadə bacarığı;
• Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
• Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
• Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
• Monitorinq və qiymətləndirmə bacarığı;
• Təşkilatçılıq bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “ALŞ aparıcı məsləhətçi” qeyd etməklə göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |