10 C
Baku
Thursday, December 12, 2024

Aktivlərin idarə olunması şöbəsində şöbə rəisinin müavini – Azərbaycan Dəmir Yolları QSC

0
Aktivlərin idarə olunması şöbəsində şöbə rəisinin müavini – Azərbaycan Dəmir Yolları QSC
Bakı
27.05.2021

Vakansiyanın adı: Şöbə rəisinin müavini
Vakansiyanın kodu: V210525-3
Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: İnvestisiya idarəsi, Aktivlərin idarə olunması şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İqtisadiyyat, idarəetmə, maliyyə, mühəndislik
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri:

MS Office – yaxşı;
ERP proqram təminatı – yaxşı.

Tələb olunan xarici dil bilikləri:

İngilis dili – sərbəst;
Rus dili – orta.

Vəzifə üzrə tələb olunan biliklər :

– Azərbaycan Respublikasının maliyyə və investiya sahəsində qanunvericiliyi üzrə biliklər;
– Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər;
– Cəmiyyətin fəaliyyəti üçün rəhbərlik tərəfindən qəbul olunan qayda və təlimatlar, sərəncam və əmrlər, metodiki, normativ və başqa rəhbəredici materiallar üzrə biliklər;
– Beynəlxalq standartlar (ISO 55000, ISO 55001, ISO 55002) üzrə biliklər;
– Aktivlərin idarə edilməsi üzrə İnstitutun (IAM) müvafiq metodiki və təlimat materialları üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:

– Motivasiya;
– Komanda işi;
– Nəticəyönümlülük;
– Etibar yaratma;
– Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

– Planlama;
– İntizamlılıq;
– Təşəbbüskarlıq.

Digər tələb və üstünlük göstəriciləri:

– Avropa və ABŞ-da bakalavr təhsili, magistr təhsili, idarəetmə üzrə təhsil alan, avtomatlaşdırma və rəqəmsallaşdırma prosesləri üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

– Cəmiyyətin aktivlərin idarə edilməsi siyasətinin və strategiyasının onun ümumi strategiya və planlarına uyğunluğunun təmin edilməsində, infrastruktur, hərəkət vasitələri və digər aktivlər üzrə planların hazırlanmasında iştirak etmək;
– Cəmiyyətdə aktivlər üzrə fəaliyyətlərin korporativ idarəetmə və məsuliyyət əsasında həyata keçirilməsi, aktivlərin səmərəli, davamlı, sistemli, əlaqəli, həm hazırkı, həm də gələcək istifadəçilər üçün xərc baxımından əlverişli idarə edilməsinin təmin edilməsi məqsədilə koordinasiya, monitorinq və qiymətləndirməni həyata keçirmək;
– Cəmiyyətin aktivlərin idarə edilməsi sahəsi üzrə Cəmiyyət daxilində və dövlət qurumları qarşısında hesabatlılığı təmin etmək, hesabatların forma, məzmun və intervalının müəyyənləşdirilməsində iştirak etmək, elektron və yazılı məlumat bazasının yaradılmasını, məlumatların müvafiq dövriyyəsini və mütəmadi olaraq yenilənməsini təşkil etmək;
– Aktivlərin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində son müsbət təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq və yerli təşkilatların mütəxəssisləri ilə əlaqələr yaratmaq, fikir mübadiləsi aparmaq, bu sahədə müsbət tendensiyaları izləmək və tətbiq imkanlarını araşdırmaq;
– Aktivlərin idarə edilməsi ilə əlaqədar risklərin qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək;
– İnvestisiya layihələrinin prioritetləşdirilməsi, layihələrin qiymətləndirilməsi (xərc-fayda təhlili) ve seçimində iştirak etmək;
– İnvestisiya layihələrinin idarə olunması və monitorinqində iştirak etmək.

Son müraciət tarixi: 02.06.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1334#vp

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər