Gəncə filialı Təcrübə proqramı
Karyerasına Bank sektorunda başlamaq istəyən namizədlər üçün Azər Türk Bankın Gəncə filialında təcrübə keçmək fürsəti yaratdıq!
Namizədə olan tələblər
- Sonuncu kurs tələbələri, yeni məzunlar, həmçinin təcrübə toplamaq istəyən namizədlər
- Səlis Azərbaydan dili biliyi, xarici dil bilikləri üstünlükdür
- İş təcrübəsi tələb olunmur
- Yeniliklərə açıq və inkişafa meyilli
- Yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı
- Məsuliyyətli, səbrli və müştərilərlə işləməyə həvəsli olmaq
- MS Office proqramlarından istifadə bacarığı
Vəzifə öhdəlikləri
- Banka daxil olan müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi
- Bankın məhsul və xidmətləri barədə müştərilərə məlumatların verilməsi
- Müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək
Qeyd: Təcrübəni uğurla yekunlaşdıran namizədlərin daimi işlə təmin olunması nəzərdə tutulur.
CV-lərinizi atb.az saytının karyera bölməsinə keçid edərək və ya “Gəncə-Təcrübə proqramı” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Təcrübə proqramları |