15 C
Baku
Saturday, April 20, 2024

Aktuar – Azərbaycan Sənaye Sığorta ASC

0
Aktuar – Azərbaycan Sənaye Sığorta ASC
12.04.2019

Azərbaycan Sənaye Sığorta ASC

Vakansiyanın adı: Aktuar

Namizədə aid tələblər:

• Ali – Maliyyə/ İqtisadi/ Riyazi; 
• İş təcrübəsi aktuari kimi ən azı 1 il; 
• Microsoft Office; 
• Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə; 
• Riyazi biliklər, analiz etmə, risklərin qiymətləndirilməsi, alqoritmlər qurma, iqtisadi biliklər, sığorta qanunvericiliyi;
• Attestasiyadan keçmiş məsul aktuari şəhadətnaməsi.

İş haqqında məlumat:

• Hər bir sığorta sinfi üzrə və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsini hesablamaq; 
• Ümumi sığorta sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi və tələb olunan kapitalını hesablamaq; 
• Sığorta ehtiyatlarının formalaşdırılması, sığortaçının zərərlilik dərəcəsinin hesablanması, tələb olunan kapitalının, investisiya fəaliyyətinin müəyyən edilməsi üzrə sığorta fəaliyyətinin tənzimlənməsi barədəki normativ sənədlərə uyğun hesabatları hazırlamaq;  
• Qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta məhsullarının qiymətlərinin müəyyən edilməsində bilavasitə iştirak etmək; 
• Aktuar hesabatlar üzrə operativ və təşkilati sənədləri hazırlamaq;
• Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadısələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərin yenidən baxılması üçün təkliflər vermək;
• Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamalar aparmaq və təkliflər hazırlamaq;
• Sığortaçının məcmu kapitalının və öz vəsaitini hesablamaq;
• Sığorta sinifləri üzrə sığorta tarifini hesablamaq və təklifləri hazırlamaq və s. 
• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 11.05.2019-cu il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Aktuar”) qeyd olunmalıdır) göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaSığorta