Bakı
04.07.2024
Namizədə olan tələblər:
- İqtisadiyyat, Maliyyə, Aktuar riyaziyyat, Riyaziyyat və ya digər müvafiq sahələrinin 3-4 kurs bakalavr tələbələri və ya magistr tələbələri;
- Yaxşı səviyyədə aktuar riyaziyyat, statistik təhlil üsulları və təqdimat bacarıqları;
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və Ingilis dili;
- Şəxsi və işgüzar keyfiyyətləri: Öyrənmə həvəsli, inkişafa meylli, təşəbbüskarlıq, məntiqi və analitik düşüncə.
Əsas vəzifə öhdəlikləri:
- Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi və vizuallaşdırılması;
- Məhsul yaradılması, tarif əsaslandırılması və regulyator normativ sənədlərlə uyğunluğun təmin edilməsində aktuar dəstəyin göstərilməsi;
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarının yerinə yetirilməsi.
Əmək şəraitinin şərtləri:
- İş vaxtı: 09:00 – 18:00-dək (tam və ya yarım gün) 5 günlük iş həftəsi.
- Əmək haqqı: Minimum əmək haqqı əsasında iş vaxtına mütənasib təyin olunur.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
Zəhmət olmasa mövzu bölməsində mütləq “Aktuari üzrə kiçik mütəxəssis” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır. [email protected]