Bakı
05.07.2024
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalı;
- Ofis proqramlarını bilməli;
- Bazar araşdırması etməyi bacarmalı
Vəzifə öhdəlikləri:
- Müxtəlif platformalar üzrə tenderlərin izlənməsi və təhlilinin aparılması;
- Tenderə qatılmaq üçün müvafiq hüquqi və maliyyə sənəd toplusunun hazırlanması;
- Anbarda olmayan məhsullar müəyyənləşdirilib, olmayan məhsullar üçün müvafiq şöbəyə müraciət edilməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Tenderlər üçün tələb olunan ilkin sənədlərin və qiymət təklifinin göndərilməsi;
- Tender təkliflərinin, kotirovkaların qeydiyyatının aparılması və onların aidiyyəti üzrə saxlanılması;
- Uyğun tenderlərlə bağlı məlumatların müvafiq proqramlarda qeydiyyatının edilməsi;
- Tələb olunan sənədlərin toplanması və icrası üçün təqdim edilməsi
İş şərtlərimiz:
- Əmək haqqı: 1463-1684 AZN;
- İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);
- Servis xidməti;
- Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tenderlər üzrə Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]