16 C
Baku
Thursday, March 28, 2024

Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı və baş mütəxəssis – Yelo Bank

0
Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı və baş mütəxəssis – Yelo Bank
Bakı
27.07.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə müvafiq filialı və “Alternativ kanallarla satış” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Alternativ kanalları ilə satışın təşkili şöbəsi
Vəzifə: mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru / şöbə meneceri

Vəzifə öhdəlikləri:

– Bankın təsdiqlənmiş tarif və şərtləri çərçivəsində alternativ kanallar vasitəsi ilə kredit / qeyri-kredit məhsulları üzrə sifarişlərin qəbulu, təhlili və qeydiyyatı
– Onlayn kredit sifarişlərinin Mərkəzi Bank qanunvericiliyi və Bankdaxili istehlak kreditlərinin verilməsi şərtləri çərçivəsində təhlil edilməsi, yönləndirilməsi və rəsmiləşdirilməsi
– Müxtəlif satış kanalları ilə daxil olan istehlak kreditləri sifarişlərini qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili, təsdiqi və MXD / Filiallara yönləndirilməsi
– Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişlərin baxılması üçün müvafiq komitələrə təqdimat  Kredit portfelini formalaşdırmaq və idarə etmək
– Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımları həyata keçirmək
– Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışları aparılması

Tələblər:

– Ali təhsil
– Bank və ya bank olmayan kredit təşkilatında müvafiq sahə üzrə 2 il iş təcrübəsi
– İstehlak kreditləri üzrə təhlil bacarıqları
– Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili biliyi arzu olunandır
– Analitik düşüncə, yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı
– Təqdimat bacarığı

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
– Könüllü tibbi sığorta proqramına qoşulma
– Müasir idarəetmə sistemi və mehriban kollektiv

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi