Bakı
07.01.2022
Vəzifə öhdəlikləri:
- Bank fəaliyyətinin tənzimlənməsi üzrə əməkdaşlar tərəfindən normativ aktlara, bankdaxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasının auditini aparmaq;
- Bütün strukturlar üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
- Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparır.
- Bank sistemində mövcud olan risklərin və bütün növ bank əməliyyatlarının auditini aparmaq;
- Maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq;
- Aparılan auditlər zamanı aşkar olunan nöqsanların təhlilini etmək və hesabatları hazırlamaq;
Namizədə olan tələblər:
- İqtisadi və ya hüquqi təhsil;
- Minimum 3 il bank təcrübəsi;
- Analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Diqqətlilik, məsuliyyət və düzgün olmaq;
- Komandada işləmək bacarığı;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- MS Office proqramlarında keyfiyyətli işləmək bacarığı;
- Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
- Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyi;
- Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili Audit Departamentinin Aparıcı auditoru” göstərməyiniz xahiş olunur.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor, Bank və BOKT işçisi |