Bakı
26.01.2023
Vakansiyanın təsviri
- Bank üzrə audit planının hazırlanması barədə təkliflər verir,
- Audit planına uyğun olaraq, bankda nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini və yoxlamasını aparır,
- Bankda olan risklərin idarə edilməsi işini daima təhlil və təftiş edir,
- Normativ-hüquqi aktların, bankdaxili prosedurların icrası vəziyyətinin auditini aparır və ona edilmiş əlavə və dəyişikliklərə nəzarət sistemlərinin adekvatlığı nöqteyi-nəzərdən rəy bildirir,
- Xərclərin səmərəliliyinin qiymətləndirilməsi işinin vəziyyətini təhlil və təftiş edir,
- Auditin nəticələri,verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatları tərtib edir və icrasına nəzarəti həyata keçirir,
- Qeyri-səmərəlilik, hadisələr və işdə ləngimələr barədə daxili auditə məlum olan məlumatlar və Bank üçün əhəmiyyət kəsb edən müşahidələr barədə birbaşa rəhbəri məlumatlandırır,
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq təcrübədə qəbul olunmuş digər vəzifələri həyata keçirir.
Xüsusi tələblər
- Ali iqtisadi və ya riyazi təhsil,
- Bank auditi sahəsində 2-3 illik təcrübə,
- Azərbaycan dili – mükəmməl, ingilis və rus dili – yaxşı səviyyədə bilmək,
- Audit tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
- Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
- Maliyyə hesabatları üzrə təhlil etmə bacarığı, mühasibat yazılışları haqqında bilklər,
- MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
- Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər,
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor, Bank və BOKT işçisi |