Bakı
25.01.2023
Vəzifə öhdəlikləri:
- İşçi fəaliyyətinin dəyərləndirməsi sistemini yaratmaq və sistemin idarəolunmasına nəzarət etmək;
- İnsan resursları siyasətləri, sistemləri və prosedurlarını hazırlamaq və müntəzəm olaraq təkmilləşdirmək;
- Şirkət heyətinin təlim ehtiyaclarını müəyyən etmək və təlim ehtiyaclarını təmin etmək üçün müvafiq təlim mənbələri vasitəsi ilə illik təlim planlarını yaratmaq və icra etmək;
- İşçi seçimi proseslərinin mövcud siyasətlərə uyğun olaraq idarə etmək və işəqəbul prosesinin vaxtında tamamlanmasını təmin etmək;
- Yeni işçilərin şirkətin mədəniyyət və sistemlərinə uyğunlaşmasını asanlaşdırmaq məqsədi ilə İstiqamətləndirmə proqramını yaratmaq və həyata keçirilməsi prosesinə nəzarət etmək;
- Aylıq tabellərin hazırlanmasını və təsdiqlənməsini təmin etmək;
- İşçi fəaliyyətinin qiymətləndirilməsini vaxtında və qoyulmuş prosedurlara uyğun tamamlanmasına nəzarət etmək;
- Yerli qanunvericilik və və daxili qaydalara əsasən insan resursları proseslərinə aid bütün sorğuların düzgün və vaxtında cavablandırmasını təmin etmək.
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) vaxtında daxil edilməsini təmin etmək;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulmasını və saxlanılmasını təmin etmək;
- İşə qəbul edilən işçilərin müqavilələrinin , şəxsi işlərinin hazırlanmasını və vaxtında imzalanmasını təmin etmək;
- İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsini təmin etmək;
- Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin
- Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, içilərə illik məzuniyyətlərin verilməsini təmin etmək;
- İşçilərin işdən çıxış prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməklə aparılmasını təmin etmək;
- Miqrasiya sənədlərinin hazırlanmasını, iş və yaşama icazələrinin alınmasını təmin etmək;
Tələblər:
- İR sahəsi üzrə Beynəlxalq sertifikatlar arzuolunandır;
- KPİ sisteminin tətbiqi bacarığı;
- İnsan resurlsları sahəsi üzrə ən azı 3 il peşəkar təcrübə;
- İş və proseslərin təşkili üzrə təcrübə/bacarıq;
- Təhlil etmə və təşkilatçılıq bacarıqları;
- Güclü ünsiyyət bacarığı, müxtəlif tərəflər qrupuna təsir etmək bacarığı;
- MS Office programları üzrə biliklər;
- Azərbaycan və ingilis dillərində səlis danışmaq bacarığı, rus dili arzuolunandır
İş şəraiti:
- İstirahət günləri: Şənbə və Bazar;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |