08.09.2023
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsinə nəzarət edilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;
- Qanun mahiyyətli sənədlərin işlənilməsi və hazırlanması;
- Müəyyən edilmiş qaydalara uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsi;
- Hazırlanan əmr, sərəncam, təlimat, qaydalar, standartlar və hüquqi xarakterli digər aktların, layihələrin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək;
- İşçilərə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəyin bildirilməsi;
- Mərkəzin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, eləcə də mərkəzin fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək.
Tələb edilən bilik, bacarıq və təcrübə:
- Hüquq sahəsində Ali təhsil;
- Hüquq sahəsində 2 il iş staj;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;
- Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);
- Qərarvermə və detallara diqqət etmək qabiliyyəti;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 06 oktyabr 2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |