10 C
Baku
Thursday, December 12, 2024

Aparıcı məsləhətçi (Dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi sektoru) – Maliyyə Nazirliyi

0
Aparıcı məsləhətçi (Dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi sektoru) – Maliyyə Nazirliyi
Bakı
07.09.2023

Vakansiyanın təsviri

  • Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsinə dair təşəbbüslərin və layihələrin işlənib hazırlanmasında, həyata keçirilməsində, eləcə də təkmilləşdirilməsində səlahiyyətləri daxilində iştirak edir
  • Dövlət büdcəsindən Dayanıqlı İnkişaf Məqsədlərinə yönəldilən vəsaitlərə dair icra və proqnoz göstəriciləri ilə bağlı məlumatların tərtib edir
  • Dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən və milli prioritetlərə uyğun innovativ maliyyələşdirmə mexanizmlərinin müəyyən edilməsi və tətbiqi ilə bağlı təkliflərin işlənib hazırlayır
  • Aidiyyəti dövlət orqanları və Nazirliyin struktur bölmələri ilə Dayanıqlı İnkişaf Məqsədlərinə dair qarşılıqlı fəaliyyətin və məlumat mübadiləsinin təmin olunmasında səlahiyyətləri daxilində iştirak edir
  • Dövlət orqanlarının qərarlarının, sərəncamlarının və normativ sənədlərinin icra edilməsini daim nəzarətdə saxlayır
  • Vəzifəsi üzrə mərkəzin direktoru, direktor müavinləri və sektor müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 – cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdəazı 10 il iş stajı olan şəxslər;
  •  Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramları, ofis texnikasından istifadə, internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları