25 C
Baku
Saturday, July 27, 2024

Mühasib – Luxoil

0
Mühasib – Luxoil
Bakı
07.09.2023

İş barədə məlumat:

  • Elektron qaimə fakturaların hazırlanması və göndərilməsi
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
  • Müqavilələrin redaktə edilməsi və düzəldiməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
  • Bank əməliyyatlarının həyata keçirilməsi
  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək
  • İşgüzar yazışmaların aparılması
  • Şirkət rəhbərliyinə müvafiq maliyyə hesabatlarının hazırlanması
  • Mal-material uçotunun aparılması
  • Əməkhaqqı və məzuniyyət haqlarının hesablaması və ödənilməsi
  • AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi ilə işləmək
  • Müvafiq dövləq orqanlarına qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların, o cümlədən vergi bəyannamələrinin təqdim edilməsi.

Vəzifə funksiyaları:

  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini izləmək
  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
  • Dövlət portalları ilə sərbəst işləmə bacarığı (e-gov.az, e-taxes.gov.az və s.)
  • Daxili mühasibatlıq işlərinin görülməsi, (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
  • Təhvil-təslim aktlarının, hesab-fakturaların və müqavilələrin yazılması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Satış və anbar əməliyyatlarının daxil edilməsi;
  • Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
  • Maliyyə strukturunun rəhbəri tərəfindən müəyyən edilmiş edilmiş digər tapşırıqları yerinə yetirmək.

Namizəd üçün tələblər:

  • Təhsil : Ali ( Maliyyə, Mühasibatlıq uçotu )
  • İş təcrübəsi : İş stajı Mühasib vəzifəsində azı 1 il olmaqla 3 ilə qədər nəzərdə tutulur,
  • Yaş həddi: 30 yaşa qədər,
  • Dil: Azərbaycan dilinə səlis danışıq və yazışma bacarığı vacibdir ( Rus və ingilis dili biliyi üstünlükdür ),
  • Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edir,
  • MC Office proqramları ( Xüsusilə MC Office Excel biliyi yüksək səviyyədə olmalı ), Google Sheets, 1C proqram mütləq bilinməli.

Şəxsi keyfiyyətləri: 

  • Məntiqi və analitik düşüncə qabiliyyətinə malik olmaq,
  • Diqqətlilik, Məsuliyyətlilik,
  • Dəqiqlik, Etibarlılıq,
  • Davamlı yenilikləri öyrənməyə cəhd edmək,
  • Ünsiyyətcillik, Pozitiv, Operativlik,
  • Komanda ilə işləmək bacarığına sahib olmaq,
  • Yüksək intellektual və etik göstəricilərə sahib olmaq.

İş şəraiti: Ofis şəraiti

İş qrafiki: 6 günlük ( 09:00-18:00 ), nahar vaxtı saat 13:00 -14:00

Qeyd: 6-cı gün yarım iş günü.

Əmək haqqı: 1200 AZN ( 1000 AZN sınaq müddətində, təcrübəsindən asılı olaraq müsahibə prosesində əmək haqqına yenidən baxıla bilər )

Əməkdaşlar korporativ mobil nömrə ilə təmin edilir.

Ünvan: Bakı şəhəri AZ1110, Aşıq Alı Qızılvəngli küçəsi 14, 52

Qeyd: Namizədlərdən CV-lərini elektron poçt ünvanına mövzu yerində “Mühasib” başlığı yazmaqla göndərmələri xahiş olunur

Əlaqə: (+99470) 946 45 46

İşin aid olduğu sahə

KateqoriyaMühasib