5 C
Baku
Saturday, December 14, 2024

Aparıcı məsləhətçi – xərclər üzrə – Maliyyə Nazirliyi

0
Aparıcı məsləhətçi – xərclər üzrə – Maliyyə Nazirliyi
Bakı
13.04.2023

Vakansiyanın təsviri

  • yerli xərclərin proqnoz layihələrinin hazırlanması və Maliyyə Nazirliyinə təqdim edilməsi;
  • yerli xərclərdən maliyyələşən təşkilatlarda lüzumsuz xərclərin azaldılması və sosial-iqtisadi vəziyyətinin təhlili əsasında büdcə mədaxilinin artırılmasına yönəldilmiş təkliflərin hazırlanması;
  • yerli xərclərin icrası ilə bağlı icra gedişində lazımı yerdəyişmələr aparılması üçün təkliflərin hazırlanması;
  • növbəti ilin yerli xərclərinin tərtibi zamanı xərclərə olan real tələbatın müəyyən edilməsi;
  • icra gedişində yerli xərclərdə edilən dəyişikliklərin uçotunun aparılması;
  • vəzifəsi üzrə şöbə rəisi tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
  • Aylıq vəzifə maaşı 495

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramları, ofis texnikasından istifadə, internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları