10 C
Baku
Wednesday, December 11, 2024

Aparıcı mühasib – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

0
Aparıcı mühasib – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
30.10.2019

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Korporativ xidmətlər departamentinin Maliyyə və satınalmalar idarəsinə Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Ali təhsil (Maliyyə, mühasibat uçotu, ümumi iqtisadiyyat);
• Analoji sahə üzrə 3 il iş təcrübəsi;
• Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis dili, rus dili arzuolunandır;
• MS Office. 1C Mühasibatlıq 8.2.,8.3, İnternet Explorer;
• Beynəlxalq Maliyyə Hesabatlılığının Standartlarına dair sertifikat (arzuolunandır);
• Mühasibat və maliyyə sahəsində tələb olunan bacarıqlar, stressə davamlılıq;
• Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi;
• Müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin həlli, və.s.;

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

• Podratçı və nəzarət subyektləri ilə qarşılıqlı üzləşmə aktlarının hazırlanması;
• Əmək haqqının hesablanması və ödənilməsi (o cümlədən: məzuniyyət haqları, ə/q itirilməsi və sair müavinətlərin və digər hesablamaların hazırlanması);
• Xidməti ezamiyyələrlə bağlı hesablaşmaların aparılması və müvafiq avans hesabatlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmalara nəzarət;
• Təhtəlhesab şəxslərlə hesablaşmalar və avans hesabatlarının tərtibi;
• Gəlirlərin və xərclərin uçotunun “1C Mühasibatlıq” proqram təminatına daxil edilməsi;
• Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin balansa alınması, amortizasiya hesablanmasına nəzarət;
• Aidiyyətı üzrə daxil olan məktubların cavablandırılması;
• Rəhbərliyin digər tapşırıqları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib