25 C
Baku
Monday, April 29, 2024

Aparıcı mühasib – AzFit

0
Aparıcı mühasib – AzFit
Bakı
12.03.2024

Namizəd üçün tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, Mühasibat uçotu )
  • Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli;
  • Xüsusi analitik düşüncə və təqdim etmə bacarıqları;
  • Peşəkar səviyyədə Microsoft Office proqramlarını(xüsusilə Excel) bilməli, 1C proqramında işləmək bacarığı;
  • Dil bilikləri: Rus dili- arzuolunandır; İngilis dili- B2
  • Yaş həddi: 24-32 aralığı;

İş barədə məlumat:

  • Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Elektron Qaimə Faktura, Hesab Fakturaların tərtib edilməsi və göndərilməsi;
  • Rəsmi hesabatların ( ƏDV Vergi, DSMF, Statistika) hazırlanılması və (aylıq, rüblük və illik) təqdim edilməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Gömrük bəyannamələri ilə bağlı prossesler
  • Anbarın izlənilməsi, yoxlanılması və nəzarətin həyata keçirilməsi;
  • Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əməkhaqqı ilə bağlı sənədlərin hazırlanılması, hesablanılması və müvafiq ödənişlərin həyata keçirilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi;
  • İşlə bağlı rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi;

İş şəraiti:

  • Əmək haqqı müsahibə əsasında təyin edilir
  • İş saatları- Həftə içi 09:00-18:00.
  • Nahar şirkət tərəfindən verilir.
  • Fitness klubundan istifadə imkanı
  • Sınaq müddəti bitdikdən sonra könüllü tibbi sığorta təminatı

Göstərilən tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini mövzu hissəsinə “Aparıcı mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib