12 C
Baku
Friday, March 29, 2024

Aparıcı mühasib – AzMiCon MMC

0
Aparıcı mühasib – AzMiCon MMC
Bakı
07.07.2021

Şirkət: “AzMiCon” MMC
Vəzifə: Mühasibatlıq Şöbəsi-aparıcı mühasib mütəxəssisi

İşin təsviri:

– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir
– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması, Vergi orqanları ilə yazışmalar
– Vergi və mühasibat uçotunun aparılması, Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqlityini təmin edir.
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Əməliyyatların 1C 8.3 proqramında işlənməsi
– Yük gömrük bəyannamələrini yoxlanılması və məlumatların hesablanması
– Vergi hesab fakturaların yazılması (qaimə faktura,depozit, ədv hesablaşmaları və s.)
– Bank və kassa əməliyyatları

TƏLƏBLƏR:

• Ali təhsil
• 30-45 yaş həddi (bəy namizəd)
• Mühasibatlıq/Maliyyə sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada və təzyiq altında işləmək bacarığı
• E-taxes.gov.az portalindan istifadə etmək bacarığı
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş şərtləri:

– Həftə içi 5 gün : 09:00 – 17:00-dək (nahar vaxtı saat 13:00-14:00).
– Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.
– İstirahət günləri – şənbə və bazar günləri.
– Əmək haqqı – razılaşma yolu ilə
– İş yeri: Grand Park II, Şıxov qəsəbəsi, Salyan şossesi 12, AZ 1023.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “aparıcı mühasib mütəxəssisi” qeyd edəsiniz.

İşin aid olduğu sahə

KateqoriyaMühasib