20.07.2023
Vakansiyanın təsviri
- Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Şəxsi hesab vərəqənin yoxlanılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
- Anbarın izlənilməsi, yoxlanılması və nəzarət;
- 1C və ERP proqramları üzrə mühasibat balansının yığılması;
- Əmək, məzuniyyət, ezamiyyət haqqı və bunlarla bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
- İdxal olunanacaq mallara görə müqavilələr üçün gömrük kodlarının alınması;
- Banklar üçün qarantiyalar ilə bağlı hesabatların hazırlanması, lazım olan dövlət arayışlarının alınması üçün e-kargüzarlıqdan müraciətlərin göndərilməsi;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);
- Rəhbərliyə təqdim edilən gündəlik hesabatlar:
- Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s.
Xüsusi tələblər
- Şəhər: Qaradağ ərazisi
- Yaş: 28 – 35 yaş
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən başlayaraq,
- İşçidən tələb edilən: Qanunvericilik və mühasibat uçotudan tam məlumatlı olan şəxslər.
- İş vaxtı: həftə içi 5 gün, saat 08:30 – 17:30
- Əmək haqqı: net 1300 -1500 manat
- Qeyd: Nahar və servis şirkət tərəfindən təmin edilir.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |