Bakı
20.07.2023
Vakansiyanın təsviri
- Sektorun qarşısında duran vəzifələri yerinə yetirmək, rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək, sektorun işçilərinin əməyinin səmərəli və düzgün təşkil olunmasını təmin etmək
- Sektorun fəaliyyət istiqamətlərinə aid olan məsələlərə dair rəy və təkliflər vermək;
- Sektorun iş planını hazırlamaq, yarımillik və illik əsaslarda hesabatların tərtib edilməsində iştirak etmək;
- Regionda icra olunan dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
- Rəisin razılığı ilə müvafiq görüş, sərgi, tədbir və festivallarda çıxış etmək;
- Monitorinq, yoxlama və qiymətləndirmə prosesinin təşkilini təmin etmək;
- Regionun turizm resurslarına dair vahid məlumat və statistik bazasının formalaşdırırılması və mütəmadi olaraq yenilənməsini təmin etmək;
- Regionda turizm məhsullarının inkişafına dair həyata keçirilən layihələrin icrasını təmin etmək;
- Regionda turizm məhsullarının inkişafına dair təkliflər vermək, layihələrin icra olunmasına nəzarət etmək;
- Regionda mövcud olan turizm məhsullarının təbliğatına dair işlərin həyata keçirilməsini təmin etmək;
- Turizm sənayesi nümayəndələrinin peşə və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkil edilməsini təmin etmək;
- İdarə rəisinin digər tapşırıqlarını icra etmək;
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Xüsusi tələblər
- Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, turizm və otelçilik, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə ali təhsil
- İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları, Turizm və otelçilik |