Vakansiyanın təsviri
· Bazar araşdırması üzrə planlama: Azərikardın bazarına və inkişaf istiqamətinə uyğun olaraq araşdırma planının hazırlanması.
· Bazar araşdırması üzrə təhlil: daxili qaydalara, qəbul edilmiş təhlil alətlərinə və öz təcrübəsinə əsasən əldə edilmiş bazar məlumatlarını təhlil etmək və əsasında nəticələr çıxarmaq.
· Yeni məhsul və xidmətlər üzrə əsaslandırılmış təkliflərin irəli sürülməsi və cari məhsul və xidmətlər üzrə düzəlişlərin təklif edilməsi.
· Qəbul edilmiş yenilik və inkişaf layihələri üzrə daxili qaydalar əsasında tətbiqetmə planı hazırlamaq və və tətbiqinə nəzarət etmək.
· Məhsul sahibləri ilə iş görmək və onları istiqamətləndirmək, həmçinin zəruri məlumatların araşdırılmasında dəstək göstərmək.
· Özünü və müvafiq daxili prosedur və qaydaları təkmilləşdirmək.
Xüsusi tələblər
· Ali təhsil;
· Dil bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili – sərbəst, Rus dili arzuediləndir;
· İnnovativ yanaşma və araşdırma bacarıqlarına sahib olan entuziast, dinamik, məsuliyyətli, təşəbbüs göstərməyi və qərar verməyi bacaran, yüksək ünsiyyət bacarıqlarına sahib olması vacibdir;
· Startup-lar ilə iş təcrübəsinin olması vacibdir;
· Bank, Fintech sahəsində təcrübə arzuolunandır;
· Proqramlaşdırma layihələri ilə iş təcrübəsinin olması arzuolunandır;
· Agile metodologiyası üzrə layihə idarə etməsində təcrübəsinin və ya ən azından biliklərinin olması arzuolunandır;
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |