Bakı
27.11.2020
Daxili Audit Departamentinin Direktoru
Əsas vəzifə öhdəlikləri:
- DAD-nin idarəedilməsi və keyfiyyətli xidmətlər göstərilməsinə dair qaydaların tərtibi;
- Risklərin qiymətləndirilməsi əsasında DAD planının hazırlanması;
- Risk qiymətləndirməsinin əsasında auditin icrası;
- DAD planının yekunlaşdırılması və Təftiş Komissiyası tərəfindən təsdiqinə nail olması;
- Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Təftiş Komissiyasının diqqətinə çatdırılması;
- Bütün DAD yoxlama hesabatlarının düzgün tərzdə hazırlandığına təminat verilməsi;
- DAD-nin fəaliyyəti haqqında mütəmadi şəkildə Təftiş Komissiyasına məruzə edilməsi və məlumatların çatdırılması;
- DAD tövsiyələrinə uyğun olaraq tədbirlər planının monitorinqi, təsdiqi və hesabatı;
- Sığorta fəaliyyətinin qanunauyğunluğunun yoxlanılması.
Namizədə olan tələblər:
- Ali təhsil (hüquq və ya iqtisadiyyat istiqamətləri üzrə ali təhsili olanlara üstünlük verilir);
- Maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi;
- MS Office təminat proqramları paketi üzrə yüksək səviyyədə biliklərin olması (xüsusilə Excel);
- Sərbəst Azərbaycan dili və İngilis dili, Rus dili arzuolunandır;
- Müstəqil qərarvermə qabiliyyəti;
- Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Audit rəyləri hazırlama və yazma bacarığı.
Müraciət etmək üçün:
- Başlıqda “Daxili Audit Departamentinin Direktoru” qeyd olunmaqla CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik.
- Başlıqda “Daxili Audit Departamentinin Direktoru” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
- Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Daxili Auditor
Əsas vəzifə öhdəlikləri:
- Daxili audit yanaşması ilə bağlı təklifləri hazırlamaq;
- Beynəlxalq daxili audit və mühasibat uçotu standartlarını başa düşmək və ona dair bilikləri tətbiq etmək;
- Şirkətin biznes proseslərində, onların daxili nəzarət və əməliyyatlarında iştirak etmək;
- Yoxlanılan sahədə tapılan bütün audit nöqsanları aşkarlamaq;
- Daxili audit hesabatlarının ilkin layihəsini hazırlamaq.
Namizədə olan tələblər:
- İqtisadiyyat, mühasibat və ya maliyyə sahəsi üzrə ali təhsil;
- Daxili audit, maliyyə auditi və ya əlaqəli sahələr üzrə ən azı 3 illik iş təcrübəsi (Sığorta sahəsində daxili audit təcrübəsi arzuolunandır);
- Sərbəst Azərbaycan və İngilis dili, Rus dili arzuolunandır;
- Microsoft Office proqramlarının peşəkar istifadəçisi;
- Ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli, sərbəst və komanda ilə işləmək bacarığı.
Müraciət etmək üçün:
- Başlıqda “Daxili Auditor” qeyd olunmaqla CV-nizi [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
- Başlıqda “Daxili Auditor” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
- Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |